İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini vurdu

 09:19 08.10.2023     766

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən bir kəşfiyyat qərargahını və radikal hərəkatla əlaqəli iki bankı vurub.

Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl HƏMAS terror təşkilatının 10 hədəfinə zərbələr endirilib. Hədəflər Qəzza zolağında HƏMAS terror təşkilatının istifadə etdiyi çoxmərtəbəli binalar olub. Onların arasında terror təşkilatı HƏMAS-a məxsus kəşfiyyat qərargahı var. Eyni zamanda HƏMAS hava qüvvələrinin istifadə etdiyi hərbi kompleksə də hücum edilib. Paralel olaraq terrorizm üçün vəsait toplayan HƏMAS terror təşkilatına məxsus iki banka zərbə endirilib”, - deyə məlumatda bildirilir.