Fransada ümummilli tətil gözlənilir

 09:06 09.10.2023     358

Fransanın aparıcı həmkarlar ittifaqları, Ümumi Əmək Konfederasiyası (CGT) və Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) ölkənin işləyən vətəndaşlarını oktyabrın 13-də ümummilli tətilə çağırıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatların rəhbərləri “La Tribune Dimanche” qəzetinə birgə müsahibəsində bildiriblər.

Onların sözlərinə görə, əsas tələblər maaşların artırılması, kişilər və qadınlar arasında əməkhaqqı bərabərliyinin yaradılmasıdır.

Bildirilir ki, etirazlar günü Parisdə və digər şəhərlərdə qatarlar, ictimai nəqliyyatın işində fasilələr gözlənilir.