Qırğızıstanda KTMT ölkələrinin sülhməramlı qüvvələrinin təlimləri başladı

 10:27 09.10.2023     206

 Qırğızıstanın İssık-Kul bölgəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sülhməramlı qüvvələrinin “Sarsılmaz qardaşlıq - 2023” birgə təlimləri başlayıb.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlərin əsas məqsədləri KTMT-nin sülhməramlı bölmələrinin idarəetmə orqanlarının və şəxsi heyətinin praktiki vərdişlərinin təkmilləşdirilməsidir. 

Təlimlərə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandan 1,5 minə yaxın sülhməramlı hərbçi, Birləşmiş Qərargahın əməliyyat qrupları və KTMT Katibliyi cəlb olunub. Həmçinin 200-dən çox xüsusi zirehli və avtomobil texnikası, hərbi nəqliyyat, qırıcı və ordu təyyarələri, pilotsuz təyyarələr və döyüş katerləri iştirak edir.

Həmidə İBRAHİMLİ