Alla Puqaçova və Maksim Qalkin İsraili tərk edib?

 09:56 09.10.2023     250

Teleqram kanallarında Alla Puqaçova və Maksim Qalkinin İsrailə hücumdan sonra ölkəni tərk etməsi ilə bağlı fotosu yayılıb. Şəkilin İsrailin hava limanında çəkildiyi iddia edilir. 

Redaktor.az xəbər verir ki, onların son hadisələr görə İsraili tərk etməyi planlaşdırdıqları bildirilir. 

Sənətçilər onların mümkün gedişi ilə bağlı rəsmi açıqlama verməyiblər.

Ötən gün Qalkin bütün ailənin səhər tezdən hava siqnalının səsi ilə oyandığını bildirmişdi.

NƏRGİZ