“İran İsrailə qarşı hücumda iştirak etməyib”

 10:18 09.10.2023     187

İran HƏMAS qruplaşmasının İsrailə hücumunun planlaşdırılmasında və həyata keçirilməsində iştirak etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Amwaj.media” portalı yayıb.

Analoji açıqlamanı İranın BMT-dəki nümayəndəliyi də səsləndirib. İranın diplomatik nümayəndəliyi qeyd edib ki, ölkə Fələstini qətiyyətlə dəstəkləsə də, atdığı addımlarda iştirak etmir.

Qeyd edək ki, “The Wall Street Journal (WSJ)” İsrailə hücumu planlaşdırmaq üçün İranın HƏMAS-a kömək etdiyini yazıb.