Macarıstan öz vətəndaşlarını İsraildən təxliyə etdi

 11:41 09.10.2023     302

Macarıstan hakimiyyəti radikal fələstinli qruplarla müharibədə olan İsraildən 215 vətəndaşını təxliyə edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijyartonun sözlərinə görə, bu gün səhər onların hamısı vətənlərinə çatdırılıb.

Xarici işlər naziri aydınlaşdırıb ki, onların təxliyyəsi üçün Macarıstan Hərbi Hava Qüvvələrinin iki hərbi təyyarəsindən istifadə edilib. Sijjarto özünün Facebook səhifəsində yazıb: “Biz İsrail, Kipr, Yunanıstan, Türkiyə, Bolqarıstan və Rumıniya hökumətlərinə lazımi uçuş icazələrinin tez bir zamanda verilməsində əməkdaşlığa görə təşəkkür edirik”. 

Nazir İsraildə hələ də Macarıstan vətəndaşlarının olub-olmadığını dəqiqləşdirməyib. Daha əvvəl o, Macarıstanın Qəzza zolağından İsrailə raket hücumunu terror hücumu kimi qiymətləndirdiyini və İsrail hökumətinə dəstəyini ifadə etdiyini bildirib.

Turan İSMAYIL