Əfqanıstanda dəhşətli zəlzələdə xəsarət alanların sayı on minə çatdı - VİDEO

 12:13 09.10.2023     283

Əfqanıstanda dağıdıcı zəlzələ nəticəsində yaralanların sayı 10 minə çatıb. 

Redaktor.az xəbər verir ki, məlumata görə, 20-yə yaxın kənd tamamilə xarabalığa çevrilib, yüzlərlə ev dağılıb, ölənlərin sayı 2400-ü keçib. Dağıntılar altında hələ də insanların qaldığı deyilir.

Rəsmilər sağ qalanların heç nəyinin qalmadığı üçün ölkənin beynəlxalq yardıma ehtiyacı olduğunu bildiriblər.

Qeyd edək ki, oktyabrın 7-də baş verən 6,2 ballıq zəlzələ ölkədə son 20 ilin ən dağıdıcı zəlzələlərindən biri olub.