İranın bu naziri impiçment olunacaq

 12:25 09.10.2023     289

İranın təhsil naziri Rza Murad Səhrayi parlamentdə impiçment olunacaq.

Redaktor.az xəbər verir ki, bunu Tehranın İran parlamentindəki nümayəndəsi Əli Həzrətian deyib.

“O, vəzifəyə təyin olunduğu vaxt verdiyi vədlərin heç birini yerinə yetirməyib, əksinə, təhsil sahəsində vəziyyət daha da ağırlaşıb”, - millət vəkili bildirib.

Həzrətian təhsil müəssisələrinin ağır vəziyyəti, müəllim çatışmazlığı və başqa bu kimi problemlərin həll olunmamış qaldığını qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İran parlamentinin deputatları sənaye, mədən və ticarət naziri Rza Fatimi Əmininin impiçmentinə razılıq vermişdilər.(Axar)