Şolts görülməyən məğlubiyyətə UĞRADI

 12:45 09.10.2023     321

Oktyabrın 8-də federal Hessen əyalətində keçirilən yerli parlament seçkisi Kansler Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyasının (SDP) indiyə qədər görülən ən böyük məğlubiyyəti ilə nəticələnib.

Redaktor.az Spiegel-ə istinadən xəbər verir ki, ilkin nəticələrə görə, sosial demokratlar yalnız 15,1 faiz səs toplayıblar.

Yerli mediada yayılan məlumata görə, Hessendəki SDP heç vaxt bu qədər az səs toplamayıb. Hətta 2018-ci ildəki seçkilərin ən pis nəticəsi bundan 4,7 faiz yüksək olub.

İlkin nəticələrə görə, Hessendə 34,6 faiz səslə Xristian Demokrat İttifaqı qələbə qazanıb. Siyahıda bundan sonra 18,4 faizlə “Almaniya üçün Alternativ Partiya” gəlir, üçüncü yerdə SDP, ondan sonra isə 14,8 faizlə səslə “Yaşıllar” qərarlaşıblar.