İsrail Qəzzada HƏMAS-ın tam məhv edilməsi mərhələsinə keçdiyini bəyan etdi

 13:30 09.10.2023     417

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı hücuma başladığını elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib.

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin hərbçiləri ölkə ərazisinə nəzarəti bərpa etdikdən sonra HƏMAS-dan olan fələstinli radikallara qarşı hərbi əməliyyatın hücum mərhələsinə keçib.

Hücum nəticəsində İsrail hərbçiləri tərəfindən Qəzzaya yaxın ərazilərdə yüzlərlə terrorçunun məhv edildiyi bildirilib.