Yunanıstan vətəndaşları İsraildən çıxarıldı

 15:23 09.10.2023     244

Yunanıstan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, iki fərqli turla İsrailə gedən 81 Yunanıstan vətəndaşı Yunanıstana qayıdıb.

Redaktor.az xəbər verir ki, İsraildə 68 nəfərin təxliyəsi üçün işlərin davam etdiyi bildirilib.

Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr şənbə günü İsrailə qarşı "Əqsa tufanı" adlı hərtərəfli hücuma keçdiklərini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.

İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.