İran okeanda hərbi dəniz təlimlərinə start verir

 16:27 09.10.2023     239

İran Hind okeanında birgə hərbi dəniz təlimləri keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Kontr-admiral Şəhram İrani deyib: “Gəmiçiliyin, böyük neft tankerlərinin və ticarət gəmilərinin iqtisadi təhlükəsizliyini təmin etmək öhdəliyimiz var. Fırtınalardan əvvəlcədən xəbərdar olmaq lazımdır, çünki onlar çatdırılmaya təsir göstərir”.

İnşallah, digər okeanlarda da təlimlər keçirəcəyik.

“Biz bütün dəniz təhlükəsizliyi mərkəzləri ilə əməkdaşlığı genişləndiririk və atmosfer problemləri ilə bağlı məlumat mübadiləsinə hazırıq”, – deyə o əlavə edib.

İrani qeyd edib ki, İran hazırda Oman və Pakistanla dəniz təhlükəsizliyi sahəsində birbaşa əlaqələrə malikdir və ölkə Hind və digər okeanlarda əhəmiyyətli iştiraka sahib olmağa çalışır.