HƏMAS-ın hücumları nəticəsində yaralanan İsrail vətəndaşlarının SAYI

 20:07 09.10.2023     332

Fələstinin HƏMAS radikal qruplaşmasının hücumları nəticəsində yaralanan İsrail vətəndaşlarının sayı 2 616-ya yüksəldi.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralılardan ən azı 357-si ağır vəziyyətdədir.

Son bir neçə saat ərzində xəstəxanalara ən azı 578 nəfər gətirilib ki, onlardan 157-nin vəziyyəti kritik qiymətləndirilir.