Ağcaqanad dişləməsindən sonra qadının ayaqları iflic OLDU

 20:55 09.10.2023     269

ABŞ-ın Kaliforniya ştatının sakini Syuzan Kori ağcaqanadların daşıdığı Qərbi Nil qızdırmasına yoluxduqdan sonra iflic olub. 

Redaktor.az xəbər verir ki, bu barədə CBS News xəbər agentliyi məlumat yayıb.

Təxminən bir ay əvvəl qadın əvvəlcə əhəmiyyət vermədiyi ağcaqanad dişləməsindən sonra xəstəxanaya yerləşdirilib. 

Qadının dediyinə görə, əvvəlcə yüksək hərarət və ayaqlarındakı kramplardan narahat olmağa başlayıb. Syuzan hamamda yıxılanda təcili yardım çağırılmalı olub.

 “Dörd həftə yarım xəstəxanada yatdım, çünki məni ağcaqanad dişlədi. Bu virusun bir insana nə qədər təsir etdiyini bilmirdim ", -deyə o bildirib.

Yusif EYVAZLI