Antiterror əməliyyatının birinci mərhələsi uğurla başa çatıb - Ərdoğan
Türkiyənin İraq və Suriyanın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində oktyabrn 1-dən etibarən 194 hədəf vurulub və 162 terrorçu zərərsizləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O qeyd edib ki, əməliyyatın birinci mərhələsi uğurla keçirilib. Ərdoğan, həmçinin müttəfiq ölkələri Türkiyənin əməliyyatları zamanı bölgədəki hərbi və kəşfiyyat ünsürərlini terrorçulardan uzaq tutmağa çağırıb.