Slovakiyada güclü zəlzələ BAŞ VERDİ
Slovakiyada 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 236 min nəfər əhalisi olan Koşitse şəhərindən 61 km şimalda yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Yusif EYVAZLI