İsrail Qəzza zolağı ilə sərhədi ələ keçirdiyini açıqladı

 09:37 10.10.2023     262

İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə cənub sərhədinə nəzarəti ələ keçirdiklərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail Qəzzada Fələstinin HƏMAS radikal hərəkatının yaraqlıları tərəfindən yarılmış sərhəd hasarına nəzarəti bərpa edib. Həmçinin qeyd edilir ki, İsrail qüvvələri hasarın dağıdıldığı ərazilərə minalar qoyur.

Həmidə İBRAHİMLİ