İsrail Qəzza zolağında 200-dən çox hədəfi VURDU
İsrail ordusu gecə ərzində Qəzza zolağında 200-dən çox hədəfi vurduğunu bildirib.
Redaktor.az bu barədə "Lenta.ru"ya istinadla xəbər verir.
Qeyd olunur ki, onlarla döyüş təyyarəsi Rimal və Xan Yunisdə 200-dən çox hədəfi vurub.
Məlumata görə, bu iki bölgə “terror qovşağı” kimi istifadə olunur və xeyli sayda terror aktları oradan başlayıb.
Həmidə İBRAHİMLİ