Belarusun baş naziri Rusiyaya səfər etdi
Belarusun baş naziri Roman Qolovçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Başqırdıstana və Çelyabinsk vilayətinə səfərə yola düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün Roman Qolovçenkonun Rusiya Federasiyasına işgüzar səfəri başlayır. Baş nazirin rəhbərlik etdiyi hökumət nümayəndə heyəti iki regiona - Başqırdıstana və Çelyabinsk vilayətinə səfər edəcək", - Belarus hökumətinin Teleqram kanalında deyilir.
Həmidə İBRAHİMLİ