Yaponiyada banklararası köçürmə sistemində ciddi problem yarandı

 10:21 10.10.2023     375

Yaponiyada milli maliyyə institutlarının vəsaitləri və qiymətli kağızları köçürdüyü “Zəngin” şəbəkəsindəki nasazlıq səbəbindən 11 bankın köçürmə sistemləri zərər çəkib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, səbəbi hələ müəyyən edilməyən problemdən sonra ölkə üzrə 11 banka qiymətli kağız köçürmələri dayandırılıb.

Qeyd olunur ki, Yaponiyanın əksər bankları banklararası “Zəngin” sistem şəbəkəsinə qoşulub və bu şəbəkə vasitəsilə gündə orta hesabla 12 trilyon həcmində 6,5 milyon əməliyyat həyata keçirilir.

Humay İSGƏNDƏRLİ