Bu universitet koronavirusa qarşı peyvəndin hazırlanmasını dayandırdı

 10:30 10.10.2023     237

Lomonosov adına Moskva Dövlət Universiteti koronavirusa qarşı peyvəndin hazırlanması üzərində işi dayandırıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, universitetdə digər vaksinlərin hazırlanması prosesi davam edir.

"R-Pharm" əczaçılıq şirkətinin baş direktoru Vasili İqnatyev bildirib ki, peyvəndin hazırlanmasına 2020-ci ilin yayında Moskva Dövlət Universitetinin Biologiya fakültəsində başlanılıb:

"İş "R-Pharm" şirkətlər qrupu tərəfindən maliyyələşdirilib. Peyvəndin hazırlanması zamanı MDU alimləri tərəfindən yaradılmış bitki viruslarına əsaslanan texnologiyalardan istifadə edilib".

Humay İSGƏNDƏRLİ