"Qətnamələri pozursunuz" deyə bu ölkə lideri İsraili İTTİHAM ETDİ

 11:04 10.10.2023     294

Venesuela prezidenti Nikolas Maduro İsraili Fələstin xalqına qarşı soyqırımda ittiham edib və dərhal atəşkəsə çağırıb.

Redaktor.az xəbər verir ki, siyasətçinin açıqlamaları "Venezolana de Television" telekanalında yayımlanıb.

Maduro xatırladıb ki, BMT 1967-ci ildə iki dövlətin (Fələstin və İsrail) yaradılmasına dair qətnamə qəbul edib və buna məcburi riayət edilməsi bütün İsrail hökumətləri tərəfindən pozulub.

Venesuela prezidenti İsrail və HƏMAS arasındakı münaqişəni bütün planet xalqlarının sülh və təhlükəsizliyi üçün təhlükəli müharibə adlandırıb.

Onun fikrincə, sülh danışıqları Fələstin xalqının tarixi müstəqillik, ərazi və sülh hüquqlarının bərpasına gətirib çıxarmalıdır.

Maduro hesab edir ki, qlobal media korporasiyaları Fələstin xalqının soyqırımı ilə bağlı tez-tez susur.