İsrail gecə ərzində Qəzzada yüzlərlə hədəfi vurduğunu AÇIQLADI

 11:33 10.10.2023     324

İsrail ordusu gecə ərzində Qəzza zolağında HƏMAS radikallarının yüzlərlə hərbi obyektinə zərbələr endirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

"İsrail ordusu Qəzza zolağında zərbələr endirməkdə davam edir. Son saatlarda İsrail döyüşçüləri Qəzza zolağında terror təşkilatlarına məxsus çoxsaylı terrorçu hədəfləri vurub. Gecə ərzində onlarla döyüş təyyarəsi Rimal və Xan Yunisdə (Qəzza zolağında) 200-dən çox hədəfə zərbə endirib. Rimal və Xan Yunis HƏMAS tərəfindən terror mərkəzləri kimi istifadə olunur və məhz buradan İsrailə qarşı çoxlu sayda terror hücumu idarə olunur” - deyə mətbuat xidmətindən bildirilib.

Hərbçilər aydınlaşdırıblar ki, hədəflər arasında İsrail döyüşçüləri Xan Yunisdəki “İslami Cihad” terror strukturuna, məscidin daxilində yerləşən Həmas silah anbarına və HƏMAS terrorçularının istifadə etdiyi əməliyyat terror infrastrukturuna zərbələr endiriblər.

Bundan əlavə, qırıcı təyyarələr tank əleyhinə raket diviziyasında HƏMAS-ın əməliyyatçısına məxsus əməliyyat iqamətgahına, həmçinin terror təşkilatının yüksək rütbəli rəsmisinin istifadə etdiyi infrastruktura, habelə HƏMAS əməliyyatçılarının istifadə etdiyi əlavə əməliyyat obyektinə zərbələr endirib. “Qırıcılar həmçinin məscidin daxilində yerləşən HƏMAS əməliyyat komandanlıq mərkəzinə, HƏMAS-ın tank əleyhinə raket diviziyasının istifadə etdiyi komanda mərkəzinə və digər iki əməliyyat məntəqəsinə də zərbələr endiriblər”, - deyə ordudan bildiriblər.

Kan radiosunun məlumatına görə isə İsrail ordusu oktyabrın 9-da Qəzza zolağında 1707 radikal hədəfə hücum edib. Radiostansiyanın məlumatına görə, oktyabrın 7-də səhər saatlarında başlayan qarşıdurma raundunda İsrail hərbçiləri 475 raket buraxılış qurğusunu, 73 hərbi obyekti, 24 strateji hərbi strukturu və 22 yeraltı obyekti vurub.

Turan İSMAYIL