İrəvanın yeni meri BƏLLİ OLDU

 11:33 10.10.2023     303

Tiqran Avinyan İrəvanın yeni meri seçilib.

Redaktor.az "Hraparak"a istinadən xəbər verir ki, bu barədə İrəvan Ağsaqqallar Şurasından məlumat verilib.

Səsvermədə Ağsaqqqallar Şurasının 37 üzvü iştirak edib. 32 nəfər leyhinə, 5 nəfər əleyhinə səs verib.

Tiqran Avinyan Ermənistanın hakim partiyası – “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndəsidir.

NƏRGİZ