HƏMAS Rusiyanın mövqeyindən razıdır

 11:49 10.10.2023     242

Fələstinin HƏMAS hərəkatı BMT Təhlükəsizlik Şurasının sessiyasında Rusiyanın Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyindən razıdır.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

HƏMAS siyasi bürosunun üzvü Musa Əbu Mərzuk bildirib ki, Rusiyanın mövqeyi “çox layiqli”dir, çünki bu, ABŞ və İsrailin Təhlükəsizlik Şurasında öz qətnamələrini irəli sürməsinə mane olub.

Xatırladaq ki, bir müddət əvvəl xarici işlər naziri Sergey Lavrov Fələstin və İsrail arasında hərbi münaqişəyə təcili son qoymağa, həmçinin vəziyyətin qurbanı olan mülki əhalinin problemini həll etməyə çağırmışdı.