Kipr öz ərazisi vasitəsilə İsraildən xarici vətəndaşların təxliyəsinə icazə verdi

 12:00 10.10.2023     264

Kipr hakimiyyəti hazırda İsraildən təxliyə edilən xarici vətəndaşlara öz əraziləri vasitəsilə repatriasiya etməyə icazə verəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

“Kipr Respublikası İsraildən olan əcnəbi vətəndaşların Kipr ərazisi vasitəsilə repatriasiyası üçün imkanlar təmin etmək niyyətindədir”, - bəyanatda deyilir.

Qeyd olunur ki, müvafiq qərar bu çərşənbə axşamı “İsraildə irimiqyaslı terror aktlarından sonra yaranmış vəziyyətlə əlaqədar” qəbul edilib. Nazirlər qrupunun respublikanın xarici işlər, təhlükəsizlik, daxili işlər və ədliyyə nazirlərinin iştirakı ilə keçirilən iclasında böhran yaşayan rayonlardan xarici vətəndaşların qəbulu və repatriasiyası üzrə xüsusi milli mexanizmin işə salınması qərara alınıb. 

Turan İSMAYIL