İsrailin sui-qəsd PLANI - Qisas sihayısında yer alan ilk 4 nəfər kimlərdir? - FOTOLAR
Oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı başlatdığı qanlı hücumdan sonra İsrail də əks hücuma keçib. İsrailin qisas alacağı "ölüm siyahısı"ndakı 4 nəfərin adı məlum olub.
Redaktor.az Sondakika.com-a istinadən xəbər verir ki, onlar yüksək rütbəli HƏMAS liderləridir.
Onlardan biri HƏMAS lideri İsmail Haniyədir. HƏMAS-ın keçirdiyi əməliyyatı "Əqsa tufanı" adlandıran İsmail Haniyə "torpaqlarımızı azad etmək və əsirlərimizi xilas etmək üçün mübarizəmizə davam edəcəyik" demişdi.
Digər hədəf HƏMAS-ın Qəzzadakı lideri Yəhya Əl-Sinvardır. İsrail ordusunun kontr-admiralı Daniel Həcəri "Bu hücumun komandiri Yəhya Sinvardır və o, ölüdür" deyə açıqlama verib.
İsrailin hitler siyahısında yer alan 3-cü şəxs əməliyyatın təşkilatçısı kimi tanınan Məhəmməd Deifdir. İsrail kəşfiyyatından qaçmaq üçün hər gecə ayrı-ayrı yerlərdə qalmaq məcburiyyətində olduğu üçün ona "Qonaq" ləqəbi verilib.
İsrailin izlədiyi digər adamın İzzəddin əl-Qəssam briqadalarının sözçüsü Əbu Ubeydə olduğu iddia edilir. İngilis teleqraf kanalı onun İsrailin qisas siyahısında ön cərgələrdə gəldiyini deyir.
NƏRGİZ