Bu senator Ukrayna üçün ayrılan vəsaiti İsrailə göndərir

 13:36 10.10.2023     192

Amerikalı senator Hauli Ukrayna üçün nəzərdə tutulan vəsaiti İsrailə verməyə çağırıb.

Redaktor.az xəbər verir ki, amerikalı senator Coş Hauli "X" sosial şəbəkəsində (keçmiş Twitter) Yaxın Şərqdəki hazırkı vəziyyətə görə, Ukrayna üçün nəzərdə tutulan bütün maliyyə vəsaitlərinin İsrailə verilməli olduğunu yazıb.

ABŞ senatorunun fikrincə, İsrail ekzistensial təhlükə ilə üz-üzədir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından irimiqyaslı raket hücumuna məruz qalıb. İsrail ordusu 3000-dən çox raketin buraxıldığını bildirib. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə soxulublar.

İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatda olan hərbçilərin səfərbərliyinə başlanıldığını açıqlayıb.(Publika)