Borrel İsrail və Fələstin XİN başçılarını Aİ Şurasının iclasına dəvət etdi
“İsrail və Fələstinin xarici işlər nazirləri Avropa İttifaqı (Aİ) Şurasının Omanda keçiriləcək iclasında iştiraka dəvət olunublar”.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.
Qeyd edək ki, İsrail və regiondakı vəziyyəti müzakirə etmək üçün oktyabrın 10-da Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək.