Fransız hərbçilər Nigeri tərk etməyə başladı

 14:29 10.10.2023     212

Fransız hərbçilər Nigeri tərk etməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Qeyd olunduğu kimi, Nigerdəki Fransa hərbi kontingentinin ilk qrupu ölkəni tərk edib.

Xatırladaq ki, Fransa hökuməti ötən həftə bəyan edərək fransız hərbçilərin Nigeri tərk edəcəyini və prosesin 10 oktyabr tarixində başlayacağını bildirmişdi.