Ermənistanda 4 hərbi hissə komandirinə cinayət işi açıldı

 14:50 10.10.2023     236

Ermənistanda 4 hərbi hissə komandirinə cinayət işi açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, hərbi hissə komandirləri V.G., A.M., M.P. və A.T. cinayət məsuliyyətinə cəlb olunub.

Onlar döyüş növbətçiliyi və ya döyüş xidməti qaydalarının pozulması, həmçinin hərbi mövqelərə nəzarət etməməkdə ittiham olunurlar.