ABŞ İrana İsraildəki müharibəyə qarışmamaq üçün ciddi MESAJ VERDİ

 16:10 10.10.2023     370

ABŞ-ın təyyarələri və gəmiləri İsrailə yaxınlaşdırmaq qərarı xüsusilə İranı cilovlamaq məqsədi daşıyır.

Redaktor.az xəbər verir ki, bu barədə unian.net yazı dərc edib.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braunun sözlərinə görə, ABŞ İrana İsrail-Fələstin müharibəsinə qarışmamaq üçün xəbərdarlıq edib.

Financial Times-ın məlumatına görə, Braun deyib ki, ABŞ-ın təyyarələri və gəmiləri İsrailə yaxınlaşdırmaq qərarı İranı cilovlamaq məqsədi daşıyır. ABŞ rəsmiləri uzunmüddətli qarşıdurmaya hazırlaşır və İsrailin düşmənlərinin yaranan vəziyyətdən yararlanmaması üçün əhəmiyyətli səylər göstərir.

"Bizim mövqeyimiz təkcə İsraili dəstəkləmək deyil, eyni zamanda HƏMAS-a dəstək verməyə qərar verəcək hər hansı təşkilatçılığın qarşısını almaqdır"- deyə Braun bildirib.

İsrail və HƏMAS-la müharibədə İranın roluna gəlincə, İran İsrailə qarşı qəfil hücum edən HƏMAS-a hələ bir il öncə hərbi təlimlər, maddi-texniki bazanın gücləndirilməsi və on milyonlarla dollarlıq silah dəstəyi verib. Lakin İranın İsraildəki münaqişədə birbaşa iştirakına dair sübut yoxdur. 

NƏRGİZ