HƏMAS-ın silahlı qanadı Ben Qurion hava limanını atəşə tutduğunu bəyan etdi
HƏMAS-ın silahlı qanadı "İzəddin əl-Qəssam" qruplaşması Tel-Əvivdə yerləşən Ben Qurion beynəlxalq hava limanını atəşə tutduğunu bəyan edib.
Redaktor.az TASS-a istinadən məlumat verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında bildirilib.
Qeyd edək ki, daha əvvəl İsrail Müdafiə Ordusu Tel-Əvivdə və ölkənin mərkəzi rayonlarında hava həyəcanı elan etmişdi.