Mirzoyan britaniyalı həmkarı ilə danışıqlar apardı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Britaniya xarici işlər naziri Ceyms Kleverli telefon danışığı aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyətini müzakirə ediblər.