Krım körpüsündə nəqliyyatın hərəkəti BAĞLANDI

 23:30 10.10.2023     610

Oktyabrın 10-u axşam saatlarında Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Telegram kanalında körpüdəki əməliyyat vəziyyəti barədə məlumat verilib.

Sürücülərdən və onların sərnişinlərindən keçiddə və baxış zonasında sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunur. 

Nəqliyyatın dayandırılmasının səbəbləri açıqlanmayıb.

Yusif EYVAZLI