İlon Maska 24 saat vaxt verildi

 09:15 11.10.2023     319

Avropa İttifaqı Komissiyası X” sosial media platformasında zorakılıq ehtiva edən qeyri-qanuni məzmun və dezinformasiyanın yayıldığını açıqlayıb.

Redaktor.az “Reuters”ə istinadən xəbər verir ki, buna görə Aİ sözügedən platformanın rəhbəri İlon Maska məktub ünvanlayıb.

Məktubda deyilir:

“Sizdən bu sorğuya 24 saat ərzində tez, dəqiq və tam cavab verməyinizi xahiş edirik. Xatırlatmaq istərdik ki, cəzalar tətbiq edilə bilər. Bu, mümkün araşdırma aparıldıqdan və uyğunsuzluq aşkar edildikdən sonra icra oluna bilər” .