İsraildə ölən Tailand vətəndaşlarının sayı açıqlandı

 09:33 11.10.2023     298

Fələstinli radikalların hücumu nəticəsində İsraildə ölən Tailand vətəndaşlarının sayı 20 nəfərə çatıb.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin rəhbəri məlumat verib.

"Ölənlərin ümumi sayı 20 nəfərdir. Tailandın İsraildəki səfirliyinə də ölənlərin sayının artdığı barədə məlumat daxil olub. 14 Tailand vətəndaşı isə girov götürülüb", - o bildirib.

Onun sözlərinə görə, təxminən 4 min taylandlı İsraildən təxliyə olunmaq istəyib. 15 nəfərlik ilk qrupun oktyabrın 12-də kommersiya reysi ilə ölkəni tərk edəcəyi gözlənilir. Tailandın baş naziri Settha Thavis şənbə günü Airbus A340 və C-130 təyyarələrinin Tayland vətəndaşlarını İsraildən təxliyə etmək üçün hazırlanmağı əmr edib, lakin İsrail rəsmiləri hələ də müvafiq icazə verməyib.

Məlumata görə, ümumilikdə İsraildə 30 minə yaxın Tailand vətəndaşı yaşayır, onlardan 5 mini Qəzza zolağındadır.

Həmidə İBRAHİMLİ