İspaniyaya məxsus hərbi təyyarə İsraildən 200-dən çox insanı təxliyyə etdi

 09:44 11.10.2023     229

İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İsraildən krallığın 200-dən çox vətəndaşını, eləcə də digər ölkələrin vətəndaşlarını təxliyyə edib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu haqda  İspaniya Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

“Bu səhər Hərbi Hava Qüvvələrinə məxsus ilk A-330 təyyarəsi İsraildən təxliyə edilən 200-dən çox ispan, ABŞ və İspaniyada yaşayan üçüncü ölkə vətəndaşları ilə Torrejon de Ardoz aviabazasına gəlib. Uçuşları ləğv edilən digər ispaniyalıları çıxarmaq üçün gün ərzində Madriddən Təl-Əvivə başqa bir təyyarənin uçuşunun hətaya keçirilməsi gözlənilir",- deyə məlumatda bildirilib. 

Qeyd olunur ki, İspaniya İsraildən ümumilikdə 500-ə yaxın insanı təxliyə etməyi planlaşdırır.

Humay İSGƏNDƏRLİ