İsrail Qəzza zolağı ilə sərhədə 300 min əsgər cəmlədi - ƏMR GÖZLƏYİRLƏR

 09:58 11.10.2023     246

"Bu günə qədər İsrail Qəzza zolağı ilə sərhəddə 300 minə yaxın hərbi qulluqçu, həmçinin zirehli texnika və artilleriya toplayıb".

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus deyib.

Rəsmi şəxsin sözlərinə görə, onlar indi Qəzza zolağının yaxınlığındadırlar, əmri – İsrail hökumətinin həvalə etdiyi missiyanı yerinə yetirməyə hazırlaşırlar.

Həmidə İBRAHİMLİ