Zelenski Brüsseldə səfərdədir

 10:31 11.10.2023     225

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü NATO müdafiə nazirlərinin iclasının açıldığı, Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclaslarının və Ukrayna-NATO Şurasının iclasının keçiriləcəyi Brüsseldə səfərdədir.

Redaktor.az xəbər verir ki, bu barədə “Belga” agentliyi Belçikanın baş naziri Aleksandr de Kroonun ofisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna lideri Belçika hökumətinin başçısı ilə görüşərək ikitərəfli əməkdaşlıq məsələlərini və Belçikanın Aİ Şurasına gələcək sədrliyini müzakirə edəcək.

Danışıqlarda Belçikanın xarici işlər naziri Aja Labib, müdafiə naziri Ludivine Dedonder və inkişaf üzrə əməkdaşlıq naziri Karolin Gennese də iştirak edəcək.

Turan İSMAYIL