Avropada 30 milyon avro dəyərində qeyri-qanuni qida və spirt ələ keçirildi

 12:11 11.10.2023     256

İspaniyanın Mülki Qvardiyası qida fırıldaqçılığına qarşı Avropa əməliyyatında iştirak edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 30 milyon avro dəyərində 8 min ton qeyri-qanuni məhsul və 6,5 milyon litr spirtli içki müsadirə edilib, İspaniyada 13 nəfər saxlanılıb, daha 87 nəfərə qarşı istintaq başlayıb.

Qeyd edək ki, söhbət Avropa Polis Agentliyinin (Avropol) koordinasiya etdiyi və 25 dövlətin iştirak etdiyi genişmiqyaslı əməliyyatdan gedir.

Ümumilikdə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının əməkdaşları altı cinayətkar təşkilatın fəaliyyətinin qarşısını almağa nail olublar. Bununla yanaşı, fırıldaqçılar keyfiyyətsiz malların idxalı üçün sənədləri saxtalaşdıraraq qanunun tələblərinə əməl etməyiblər.

T.İSMAYIL