Moskva metrostansiyasındakı qəzanın səbəbləri MƏLUM OLDU - VİDEO

 12:33 11.10.2023     415

Moskvada metro qatarları toqquşub.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, hadisə Moskva metropoliteninin "Peçatniki" stansiyasında baş verib.

İki qatarın toqquşması nəticəsində maşinistin yaralandığı deyilir.

"İzvestiya"nın məlumatına görə, hadisəyə səbəb əyləc nasazlığı olub.

Məlumata görə, "Peçatniki" stansiyasında, depodan sərnişinsiz hərəkət edən köhnə qatar stansiyada dayanan qatara çırpılıb.

Moskvanın Nəqliyyat Departamentindən verilən məlumata görə, “Lyublino” stansiyasından “Dubrovka” stansiyasına qatarların hərəkəti dayandırılıb.

NƏRGİZ