"Paşinyan Rusiya-Ermənistan münasibətlərindən xırda məqsədləri üçün istifadə edib" - Surenyants

 13:21 11.10.2023     274

Paşinyan həssas Rusiya-Ermənistan münasibətlərindən xırda siyasi məqsədləri üçün belə istifadə edib.

Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants danışıb.

"İrəvan Ağsaqqallar Şurasına seçkilər zamanı ona öz komandası ətrafında seçki konsolidasiyasını təmin etmək üçün "antirusizm" lazım idi. Dünən Nikolun "anti-rusçuluğu" yumşaldı və bitdi"- deyə siyasi şərhçi bildirib.

NƏRGİZ