İsrail ətrafındakı vəziyyətdə istənilən cəhd vacibdir - Kremldən AÇIQLAMA

 14:13 11.10.2023     268

Kreml hesab edir ki, İsrail ətrafındakı situasiyada müharibənin dayandırılmasına kömək edəcək istənilən səy, kimdən olmasından asılı olmayaraq vacibdir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Qəzza zolağında əhalinin ən azı minimal ehtiyacları təmin edilməlidir. 

Kreml nümayəndəsi qeyd edib ki, İsrail və Fələstin münaqişəsində terror aktlarının dayandırılması vacibdir. Eyni zamanda, o hesab edir ki, münaqişənin “qaynar fazada” olduğu bir vaxtda onun həlli imkanları barədə danışmaq hələ tezdir.

Xatırladaq ki, oktyabrın 7-dən etibarən HƏMAS və İsrail arasında hərbi toqquşma başlayıb.

Turan İSMAYIL