ABŞ İrana qarşı neft sanksiyalarını yumşaltmadığını AÇIQLADI

 14:22 11.10.2023     264

ABŞ İranın neft sektoruna qarşı sanksiyaları yumşaltmayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbər orqanlarının Mərakeşdə keçirilən payız sessiyası zamanı keçirdiyi mətbuat konfransında deyib.

“Biz heç bir şəkildə İran neftinə qarşı sanksiyalarımızı zəiflətməmişik”, – deyən Maliyyə Nazirliyinin rəhbəri bildirib ki, İranın Qətərdəki vəsaiti Tehrana humanitar məqsədlərlə verilib.

Xatırladaq ki, sentyabrın 18-də İran və ABŞ arasında məhbus mübadiləsi baş tutub. Razılaşma əsasında İran ABŞ sanksiyaları səbəbindən Cənubi Koreyanın bank hesablarında bloklanan aktivlərinə çıxış əldə edib. İranın Qətərdəki bank hesablarına 5,9 milyard dollar məbləğində aktiv daxil olub.

Turan İSMAYIL