Ararat Mirzoyan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşdü

 15:23 11.10.2023     232

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Redaktor.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Ermənistan münasibətləri və humanitar məsələlər müzakirə olunub.

Xatırladaq ki, İrəvanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono daha əvvəl Bakıda olub.

NƏRGİZ