İsrailin hava limanında bütün uçuşlar dayandırıldı

 17:48 11.10.2023     281

İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.

"Hava limanında uçuşlar dayandırılıb, təyyarələr havada eniş üçün gözləyir, - qeyd edilib.

Xatırladaq ki, bundan əvvəl HƏMAS-ın hərbi qanadı hava limanının atəşə tutulduğunu elan edib. Hava limanının nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.