Amerikalı film ulduzu VƏFAT ETDİ

 22:00 11.10.2023     352

Amerikalı teatr və kino aktyoru, teleaparıcı, kaskadyor Kennet “Ken” Edvard Lalli 53 yaşında vəfat edib. 

Redaktor.az "izvestya"ya istinadən xəbər verir ki, bu barədə aktrisa Eva La Dare məlumat verib.

“İnanmaq hələ çox çətindir. Sənin və heyrətamiz istedadın üçün darıxacağıq. Çox erkən getdi. Səni sevirəm, Ken”, - o, X (keçmiş Twitter) hesabında  yazıb.

Onun ölüm səbəbi barədə məlumat verilmir.

Yusif EYVAZLI