Amerikalıların və fələstinli mülki şəxslərin Qəzzanı tərk etməsi ilə bağlı danışıqlar aparılır

 22:37 11.10.2023     337

İsraildə ABŞ və Fələstin vətəndaşlarının Qəzza zolağından Misirə getməsinə icazə verilməsi üçün danışıqlar aparılır.

Redaktor.az xəbər verir ki, bu barədə CNN İsrail rəsmisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, indi İsrail qüvvələri quruda hərbi əməliyyata başlamazdan əvvəl onların oranı tərk etməsinə icazə verilməsinin mümkünlüyü müzakirə olunur. Bütün ABŞ vətəndaşlarının Amerika pasportlarının təqdim edilməsi şərti ilə Rəfah keçid məntəqəsindən keçə bilməsi planlaşdırılır; digər Fələstin mülki şəxslərinin keçidi gündə 2 min nəfərlə məhdudlaşdırılacaq.

İsrail rəsmisi bildirib ki, mümkün qədər çox fələstinlinin Qəzzanı tərk etməsinə icazə vermək “İsrailin maraqlarına uyğundur”. Son qərar keçid məntəqəsinə nəzarət edən Misirindir.

Turan İSMAYIL