Fələstin-İsrail toqquşmasında ölən amerikalıların sayı AÇIQLANDI

 23:07 11.10.2023     376

Amerika hakimiyyət orqanları Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində 22 ABŞ vətəndaşının həlak olduğunu düşünür.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

"Hazırda ən azı 22 Amerika vətəndaşının ölümünü təsdiqləyə bilərik" - departament rəsmisi deyib.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bu məlumatı təsdiqləyib. O, həmçinin 17 amerikalının itkin düşmüş hesab edildiyinə də aydınlıq gətirib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə ABŞ vətəndaşlarının ölənlərin sayının arta biləcəyini etiraf edib.

Turan İSMAYIL